Avtomobilin vurduğu piyada öldü

13 Yanvar 2018 13:30 (UTC+04:00)

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.