Binəqədidə ev yanıb

13 Yanvar 2018 18:36 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yanğın olub.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​