Göyçayda 24 yaşlı gənc bıçaqlandı

14 Yanvar 2018 13:45 (UTC+04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Movqe.az-ın məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.