İranda Teleqrama qadağa ləğv edildi

14 Yanvar 2018 16:00 (UTC+04:00)

İranda Teleqram mobil tədbiqinin istifadəsinə qoyulmuş qadağa ləğv edildi.

Movqe.az-ın məlumatına görə, müvafiq qərar şənbə günü axşam saatlarında qüvvəyə minib.

Artıq populyar proqramdan ölkə ərazisində bütün istifadəçilər yararlana bilər.

 

Xatırladaq ki, İran rəsmiləri Teleqram-ı bu yaxınlarda ölkədə baş verən ixtişaşlarla əlaqədar bloklaşdırmışdı.

İranda Teleqram-ın 40 milyona yaxın istifadəçisi olduğu bildirilir.