Xızıda partlamamış hərbi sursat aşkarlandı

14 Yanvar 2018 17:45 (UTC+04:00)

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Movqe.az-a verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə təmizləmə əməliyyatı keçirib.