Şəkidə 35 yaşlı qadın intihar etdi

14 Yanvar 2018 19:00 (UTC+04:00)

Şəkidə 35 yaşlı qadın intihar edib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi hələ istintaqa məlum deyil.