Qırğızıstanda avtomobil qəzası: 4 ölü, 3 yaralı

14 Yanvar 2018 20:18 (UTC+04:00)

Qırğızıstanın Bişkek-Oş magistral yolunun 268-ci kilometrində avtomobil qəzası nəticəsində dörd adam həlak olub.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, yanacaq daşıyan maşının "Opel-Zafira" minik maşınının toqquşması daha üç nəfərin ağır yaralnmasına səbəb olub.

Yaralananlar Tokyoqul ərazi xəstəxanasına çatdırılıb.