Bu günə olan hava məlumatı

19 Mart 2013 10:55 (UTC+04:00)

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin buludlu, arabir yağıntılı keçəcəyi, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s, gecə və səhər arabir 18-20 m/s, gündüz isə cənub küləyinin sürəti 8-13 m/s olacaq. 

Havanın temperaturunun gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Martın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Martın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.