Almaniyadan Ukraynayanı baykot etdi

27 Aprel 2012 14:17 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Almaniya höküməti Ukraynada həbsxanada gözətçilər tərəfindən şiddətə məruz qalması səbəbilə aclıq aksiyasına başlayan Yuliya Timoşenkoya görə Kiev rəhbərliyinə qarşı  münasibətini dəyişib. Almaniya prezidenti Joachim Gauck mayın  ortasında  Ukraynada keçirilməsi nəzərdə tutulan  zirvəyə, Almaniya Baş Naziri Merkel isə 6 həftə sonra baş tutacaq Avropa Çempionatı üçün Ukraynaya getməmək qərarı alıb. Almaniya Parlamentinin Xarici Əlaqələr üzrə Komitəsinin sədri Rupreçt Polenz Timoşenkonun bədənində yaranan xəsarətlərə görə  Almaniyada müalicə olunmasına icazə verilməsini istəyib.
Avropa Birliyi Xarici İşlər üzrə nümayəndəsi Katherine Aşton da Ukraynaya müraciət edərək  "AB nümayəndələrinin Timoşenkonu ziyarət etmələrinə icazə verilməlidi" deyib.
Xatırladaq ki, Ukraynada "Narıncı inqilabın" simvolu kimi tanınan keçmiş Baş Nazir Yuliya Timoşenko  Rusiya ilə 2009-ci ildə imzaladığı təbii qaz müqaviləsində dövlət büdcəsinə ziyan vurması səbəbiylə 7 il həbsə məhkum olmuşdu.

Əfqanə Məzahirqızı