ABŞ-ın Tennessi ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıdı

19 Mart 2013 10:59 (UTC+04:00)

Martın 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.


Movqe.az-ın ABŞ səfirliyinə istinadən verdiyi məlumata  görə, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu qeyd edilir.

 

Qeyd edək ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar müvafiq qətnamələr qəbul edilib.