Arıqlamaq üçün yeni vasitə

19 Mart 2013 13:44 (UTC+04:00)

Amerikalı alimlərin araşdırmalarına görə, saqqız  təkcə kaloridən qurultulmağa kömək etmir, o, həm də insana enerji verir. Movqe. az-ın məlumatına görə, Rod-Aylend Universitetinin alimlərinin apardıqları tədqiqatda 35 sağlam kişi və qadın iştirak ediblər. 


Könüllülərə çox sadə bir tapşırıq verilib. Hərəyə 20 dəqiqə ərzində üç saqqız çeynəmək həvalə olunub. Səhər yeməyindən əvvəl çeynənmiş saqqız 67 kalori yandırmış və bütün gün ərzində onun nəticəsi saxlanmışdır. Çeynəmə prosedurundan sonra kişilərin iştahları azalıb və özlərini gümrah hiss ediblər. 

Qida qəbulundan əvvəl və sonra saqqız çeynəyənlər çeynəməyənlərə nisbətən 5% daha çox enerji sərf etmiş olublar.


Laboratoriyanın işçiləri səhər yeməyi və nahardan əvvəl və sonra iştirakçıların maddələr mübadiləsinin, qanındakı şəkərin səviyyəsinin intensivliyini yoxlayıblar. Təcrübələr könüllülər keçirdikləri  hisslər haqqında məlumat veriblər.


LadyFitness-in verdiyi məlumata görə,  "Çeynəmə sinir sonluğunu stimullaşdırır və öz növbəsində, toxluğa cavabdeh olan beyinə siqnal ötürür"- professor Melanson aclıq hissinin azalmasını, belə izah edir.