Naxçıvanın müdafiəsində iştirak edən cəsur Əli bəy Əzimbəyov kim olub?

16 Yanvar 2018 13:15 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. Bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvan və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib.

Qeyd edək ki, Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli ilk səfiri olub. Aydın Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb.

https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov