Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

16 Yanvar 2018 13:56 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən Movqe.az-a  verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7001 səviyyəsində müəyyən edib.