Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin IV turunu heç-heçə ilə başa vurub

17 Yanvar 2018 09:14 (UTC+04:00)

Şəhriyar Məmmədyarov şahmat üzrə "Tata Steel Chess" superturnirinin dördüncü turunu heç-heçə ilə başa vurub.

Movqe.az-ın məlumatına görə, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.

 

33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.

Məmmədyarov 4 turdan sonra 2,5 xalla Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.