Beyons dünya turuna körpəsi ilə çıxacaq

19 Mart 2013 15:53 (UTC+04:00)

Amerikalı müğənni Beyons aprelin 15-i çıxacağı "Mrs Carter" adlı turuna 1 yaşlı qızı Blu Ayvini də aparacaq. Movqe.Az-ın məlumatına görə, bu səbəblə 32 yaşındakı müğənni, qızının yerini unutmaması və evi üçün darıxmasın deyə daşına bilən körpələr evi hazırlatdırıb. Bu evdə Blu Ayvinin sevdiyi oyuncaqlar, yatağı yastığı və paltarları olacaq. Xatırladaq ki, doğuş üçün xəstəxananın bir mərtəbəsini bağlatdıran Beyons və repçi həyat yoldaşı Cey-Zi 1 milyon dollar xərcləmişdilər. Bundan əlavə, "Mrs Carter" adlı tura 63 konsert daxildir.