Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün görüşür

18 Yanvar 2018 10:30 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbəndyanla bu gün görüşəcək.

Movqe.az xəbər verir ki, görüş Polşanın Krakov şəhərində baş tutacaq. 

Elmar Məmmədyarov, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri Andryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla görüşəcək. (Rusiya Federasiyası) Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.