İntihar məktubu yazaraq qaçan ana tapıldı

18 Yanvar 2018 13:00 (UTC+04:00)

Masallıda övladlarını ataraq qaçan qadın tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, 23 yaşlı Y.M Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu bildirib.
 
Qeyd edək ki, Y.M yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var.