Bərdədə müəlliməni qaçırdılar

18 Yanvar 2018 14:39 (UTC+04:00)

Bərdə rayonunda müəllimə zorla qaçırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi olan qız qaçırılıb.
 
 
 
Məktəbdən bildirilib ki, qaçırılan qız Şəmkir rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.
 
 
 
Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.
 
 
 
Onun başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.