Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb

18 Yanvar 2018 15:48 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. Movqe.az-ın məlumatına görə, görüş Polşanın Krakov şəhərində keçirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.