Prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim Respublikaçı Partiyası prezident seçkilərində iştirak edəcək namizədinin adını yanvarın 28-də açıqlayacaq.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
"Prezidentliyə namizədin adı yanvarın 28-də - Ermənistan Silahlı Qüvvələri günündə açıqlanacaq. S.Sarqsyan namizədin adını şəxsən elan edəcək", - Ermənistanın "Qraparak" nəşri mənbələrinə istinadən yazıb.
Xatırladaq ki, S.Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək.