Əsma Əsəddən xəbər var

19 Mart 2013 13:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriya lideri Bəşər Əsədin üsyanın başlanğıcından bu yana  çox insan içində görünməyən həyat yoldaşı Esma Əsəd, həftə sonunda Şam küçələrində görünüb. Əsəd, "Analar Günü"ndə iştirak edib. Əsədin şənbə günkü fəaliyyətdə iştirakı ilə əlaqədar tək rəsmi açıqlama, Bəşər Əsədin "Facebook" səhifəsində yayımlanıb. Fəaliyyət Şamda olan opera binasında təşkil edilib. Fəaliyyət hökumətə bağlı əsgərlər arasında şəhid olanların anaları üçün yardım məqsədli nəzərdə tutulub. Əsma Əsədin hamilə olduğu iddia edilmişdi , lakin fotoşəkillərdə bununla əlaqədar görüntülər olmayıb.