Qasırğa Avropanı "yasa batırıb" - 10 ölü

19 Yanvar 2018 19:40 (UTC+04:00)

Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.

Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.

 

Almaniyada isə ölənlərin sayı 6 nəfər qeydə alınıb, onlardan ikisi qasırğa ilə əlaqədar xilasetmə işlərində iştirak edən yanğınsöndürən şəxs olub.

Qasırğa eləcə də, avtomagistral və dəmir yollarında hərəkəti məhdudlaşdırıb. Bəzi aeroportlarda aiareyslər təxirə salınıb.