“Apple” “ağıllı” diş fırçası yaratdı

19 Yanvar 2018 21:30 (UTC+04:00)

“Apple” şirkəti süni intellektə malik “ağıllı” diş fırçasını tərtib edib. 

Movqe.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, “E1 Colgate Connect” adlanan diş fırçası “Colgate” şirkəti ilə birgə yaradılıb.

O, iOS əməliyyat sistemi üçün olan “Colgate Connect” əlavəsi, həmçinin  “Apple Watch” “ağıllı” qol saatları ilə sinxronlaşdırılıb.

Cihaz “ağızın xəritəsi”ni tərtib edə bilir. Həmçinin o, ağız boşluğuna qulluqla bağlı məsləhət verə və istifadəçinin dişlərini nə qədər keyfiyyətli yuduğunu izləyə bilər. 
 
Qeyd edək ki, cihaz enerji ilə doldurulmadan 10 gün müddətində çalışa bilir.