Hərbi qulluqçumuz şəhid oldu

19 Yanvar 2018 16:46 (UTC+04:00)

Hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Nazirliyin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.