Paytaxtda sexdə yanğın olub

20 Yanvar 2018 15:40 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 200 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılmış 40 kv.m sahədə taxta yonqarı yanıb.

 

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.