Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

21 Yanvar 2018 13:00 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinə xüsusi təyinatlılar, haubitsalar və tanklar göndərib.

Movqe.az-ın məlumatına görə, Türkiyənin müxtəlif əyalətlərindən olan xüsusi təyinatlı dəstələri Hatay əyalətinin Reyhanlı, Hassa və Qırıqxan rayonlarına göndərilib.

 

Qeyd edək ki, ötən gün Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.