Bakıda piyadaya yol verən maşın zəncirvari qəzaya səbəb oldu - FOTO

21 Yanvar 2018 14:20 (UTC+04:00)

Bakının Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində olub.

Qəza zamanı "Mercedes", "VAZ-2107" və "Hyundai Tucson" markalı avtomobillər bir-birinə çırpılıb.