Qulaq çirkinin rəngləri nəyi ifadə edir?

5 Fevral 2018 17:19 (UTC+04:00)

Qulaq çirkinin qulağın kifayət qədər təmizlənilməməsindən qaynaqlandığı güman edilsə də, əslində bu belə deyil.

Deyerler.org xəbər verir ki, qulaq çirki hər bir sağlam qulaqda rast gəlinən bir haldır. Bəs bu qulaq çirkinin rəngləri nəyi ifadə edir?
 
Yumşaq və solğun sarı
Movqe.az  deyerler.org-a istinadən bildirir ki, adətən bu rəngdə olan çirklər, ən çox uşaqlarda rast gəlinir. Uşaqların qulaqlarının böyüklərə nisbətən daha tez-tez çirklənməsi normaldır və sağlamdır. Uşaqların yaşı artdıqca, yaranan qulaq mayesinin miqdarı azalacaq.
 
Yaş, sarı və yapışqan
Demək olar ki, hər bir insanda geniş olaraq rast gəlinən qulaq çirkinin xüsusiyyətidir. Yaş və yapışqan olması, qulaq kanalının yağlanmasını təmin edir. Bu da qurumanın və qaşıntının qarşısını alır.
 
Tünd və yapışqan
Çirkin tünd rəngli olması, bədəndə tərin artdığını göstərir.
 
Ağ, quru və kövrək
Tikə-tikə tökülən qulaq çirki, bədəni az tərli olan insanlarda müşahidə edilir.