Növbəti günlərdə hava necə olacaq?

22 Yanvar 2018 12:39 (UTC+04:00)

Azərbaycan ərazisində növbəti iki-üç gündə, yanvarın 25-dək müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, növbəti günlərdə hava şəraiti sabit keçəcək: "Hava şəraiti mülayim və əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".