Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

22 Yanvar 2018 17:40 (UTC+04:00)

Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib.

 
APA-nın məlumatına görə, seçkilər bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilib.
 
Səməd Seyidovla yanaşı, daha 17 nəfər vitse-prezident olub.
 
Onların arasında oktyabrdan bu günə kimi AŞPA-ın prezidenti vəzifəsinin icra etmiş Stella Kriakides də var. 
 
Qeyd edək ki, S. Seyidov buna qədər də rotasiya qaydasında AŞPA-nın vitse-prezidenti olub.