Bu gün Davos forumu başlayır

23 Yanvar 2018 09:38 (UTC+04:00)

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.
 
 Movqe.az-ın məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.
 
Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub. 
 

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.