Amerikalı aktrisa Konni Soyer 106 yaşında vəfat edib.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ölümünün dəqiq səbəbləri hələlik müəyyən edilməyib.
Hollivudun ən qocaman aktrisası hesab olunan K.Soyer 1953-cü ildə karyerasına başlayıb. Sonuncu dəfə isə 2013-cü ildə kinoya çəkilib.