"Şaban"ın oğlu Nazlı Qurbanzadə ilə nişanlandı - FOTO

23 Yanvar 2018 10:36 (UTC+04:00)

Əfsanəvi türk aktyor Kemal Sunalın (Şaban) oğlu Ali Sunal ikinci dəfə evlənir.

Movqe.az milli.az-a istinadla xəbər verir ki, 1 dəfə ailəli olub ayrılan aktyor hazırda nişanlıdır. O, nişanlısı, vəkil Nazlı Qurbanzadə ilə nikah masasına oturmağa hazırlaşır.

Qeyd edək ki, Ali Sunal 2011-ci ildə Gökçe Bahadır ilə ailə qurub, 2012-ci ildə boşanıb. O, ötən gün Nazlı Qurbanzadə ilə nişanlanıb. İkili yayda toy edəcəklər.