BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə "Xolokost həftəsi" keçirir

23 Yanvar 2018 11:21 (UTC+04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda "Xolokost həftəsi" təşkil edir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və "Xolokostun uşaqları" adlı sənədli filmin nümayişi keçiriləcək.

Tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.

APA