Çin “Apple”-ı çox sevib

27 Aprel 2012 14:36 (UTC+04:00)
Mövqe.az CNN-ə istinadən bildirir ki, Çində Apple məhsulları keçən il ilə müqayisədə bu il üç dəfə çox satılıb.
İlin ilk aylarında "Apple"ın Çindəki gündəlik hesalama endossamentinin 550 milyon yüən (68.530.000 AZN) olduğu açıqlanıb.
"Fıng Huang TV"də gedən xəbərə görə, "Apple"ın dünya üzrə satışlarının 20 faizini Çindəki satışlar meydana gətirib.
"Apple" şirkətinin hesablamalarına görə, keçən ilə nisbətən "iPhone"nun ölkədəki satışları 4 qat, "Mac"-ın satışları isə 60 faiz artıb.
Baş İcraçı Direktor Tim Kuk keçən ay qatıldığı bir yığıncaqda Çin bazarındakı müvəffəqiyyətlə bağlı "xəyallardan belə artıq" ifadəsini işlədib.
Keçən ay Çinə gələrək Pekindəki "Şidan Apple Stores" də ziyarət edən Kuk, "Çindəki Apple məhsullarının satış nöqtələri ABŞ-dan çox olmasa da ölkənin böyük bir bazar potensialı daşıdığını" söyləyib.
"iPhone" və "iPad"in Çindəki satışlarında son bir ildə böyük artım gözlənərkən, 2012-ci ilin ilk dörd ayında 35,1 milyon iPhone və 11,8 milyon iPad satıldığı ifadə olunub.

Ziba Yusifova