Parlamentin ilk iclasında 15 məsələyə baxılacaq

23 Yanvar 2018 15:36 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub.

Movqe.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək.                     

 

azvison.az