Putin haqqında film çəkmək istəyirlər

23 Yanvar 2018 15:47 (UTC+04:00)

Hindistanın kino mərkəzi Bollivudda fəaliyyət göstərən rejissorlardan biri - "Dharma Productions" şirkətinin rəhbəri Kartan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, rejissor bu filmin istənilən dildə uğur qazana biləcəyini deyib.

K.Cohar bundan başqa, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusunda olduğunu da deyib.

Qeyd edək ki, ötən il Hollivud rejissoru Oliver Stoun V.Putinlə müsahibələr formasında televiziya filmi çəkmişdi.