Prezident: "Azərbaycanda daxili təhdid və risklər yoxdur"

23 Yanvar 2018 17:19 (UTC+04:00)

"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur".

Movqe.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.

Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır".  

APA