İsmayıllıda oğurluq edən şəxs tutulub

23 Yanvar 2018 17:48 (UTC+04:00)

İsmayıllıda oğurluq etmiş şəxs tutulub.

Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-də rayonun Müşkəmir kəndindəki evlərin birindən 600 manat və 1 xəncər oğurlamaqda şübhəli bilinən rayon sakini Babək Əzimov saxlanılıb. Araşdırma aparılır.