Prezident İlham Əliyev: "Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub"

23 Yanvar 2018 17:58 (UTC+04:00)

Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.

Dövlətimizin başçısı qeyd edib: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və düşünürəm ki, bu istiqamətdə böyük uğurlara nail olmuşuq".