Bir gündə iki dəfə zəlzələ olub

22 Mart 2013 19:23 (UTC+04:00)

Martın 22-də Azərbaycanda iki zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, birinci zəlzələ saat 12:32-də Nardarandan 48 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb. İkinci zəlzələ isə saat 12:46-da Mingəçevir şəhərindən 15 km cənubda qeydə alınıb. Bu zəlzələ də hiss olunmayıb.