Röya dünən Türkiyədə, bu gün Bakıda?

27 Aprel 2012 14:37 (UTC+04:00)

Müğənni Roya Ayxan fasiləsiz yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Movqe.Az xəbər portalının məlumatına görə, hazırda Röya, müğənni Niyam Səlami ilə birgə oxuduğu "Ay ürək" mahnısının klip çəkilişlərinə başlayıb. Mahnının musiqi müəllifi, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir.

Klipin bəzi çəkilişləri paytaxtın ən dəbdəbəli oteli hesab olunan "Kempinski"də aparılıb. Klipin rejissoru Etibar Babayevdir. Sabah klipin çəkiliş prosesi başa çatacaq.

Qeyd edək ki, dünən Heydər Əliyev Sarayında "V&V Company"nin təsis etdiyi "Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011"in təqdimetmə mərasimi keçirildi və Röya ifa etdiyi "Sənə görə" mahnısı "İlin ən yaxşı mahnısı" nominasiyasına layiq görülüldü. Amma mükafat Röyaya deyil, səhnəyə təşrif buyuran, özünü Röyanın rəfiqəsi kimi təqdim edən Səbinə adlı xanıma verildi. O, Röyanın Türkiyədə olmasını dedi.

Fuad Mədətov

Movqe.Az