Tetçerə Nizami mükafatı verildi
22 Mart 2013 22:41 (UTC+04:00)
Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerə Nizami Gəncəvi
Beynəlxalq Mükafatı verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, Böyük Britaniya Krallığının sabiq baş
naziri, Margaret Tetçerin katibliyindən Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin müraciətinə müsbət cavab verilib.
"Xanım Margaret Tetçer sizə yazmamı xahiş edərək bildirir ki, böyük
nüfuzu olan Nizami Gəncəvi mükafatının ona təqdim olunması
qərarından böyük qürur hissi keçirir və bu qərara görə öz dərin
təşəkkürünü bildirir", - cavab məktubunda deyilir.
Nizami Gəncəvi Beynalxəlq Mükafati dünyada müstəsna xidmətləri olan
şəxsiyyətlərə təqdim olunur.
Buna qədər bu mükafat ABŞ-nın 42-ci prezidenti Bill Klintona,
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ, Birmanın
lideri Aung Sang Suya, Şərqi Avropanın ilk qadın prezidenti Vaira
Vike-Freibergaya təqdim olunub.
Mükafat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi
və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanılır.