İsa peyğəmbər də erməni imiş
22 Mart 2013 22:55 (UTC+04:00)
Ermənistanda bıçaqla silahlanmış bir şəxs zorla parlamentin
binasına girmək istərkən parlamentin təhlükəsizlik qüvvələri onu
yaralayıblar. Yerli media məlumatlarına görə, həmin şəxs Ermənistan
vətəndaşıdır. Polisin məlumatına görə, həmin şəxs binaya girmək
istəyəndə onun kim olduğunu soruşublar, o cavab verib ki, "İsa
peyğəmbər". Bundan sonra onun dayanmağını əmr ediblər, əmrə tabe
olmayanda, ayağından güllə ilə vurublıar. İnsidentin səbəbləri
axıracan aydın deyil.Həmin bıçaqlı şəxsin hazırda vəziyyəti haqda
da rəsmi məlumat verilmir. Bu hadisə Yerevanda 1999-cu ilin
oktyabrındakı parlament qırğınını yada salır.O vaxt bir qrup
silahlı şəxs parlamentin iclas salonuna daxil olaraq o vaxt iclasda
olan baş nazir Vazgen Sarkisianı, parlament sədri Karen
Demirchianı, daha 5 yüksək vəzifəli şəxsi və bir jurnalisti
öldürdü.