Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO

18 May 2018 14:28 (UTC+04:00)

Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır. 

Movqe.az axşam.az-a istinadən bildirir ki, söhbət briliyantlarla bəzədilən hündürdaban ayaqqabıdan gedir.

Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanı qızıl və platindən olan ayaqqabının qiyməti isə 300 min dollar dəyərindədir.