Bara hücum etdilər, müştəriləri güllə atəşinə tutdular...
24 Mart 2013 11:33 (UTC+04:00)
Movqe.az-in "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, yerli
hakimiyyət orqanlarının məlumatına görə, insident ölkənin qərbində
yerləşən Qerrero ştatında qeydə alınıb.
Məlumata görə, silahlı şəxslər bara soxularaq içəridə olan
müştərilərə atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar.
Xəstəxanaya beş nəfər yaralı çatdırılıb.
Basqın bardakı polis əməkdaşları səlahiyyətlərini icra etmədikləri
zaman törədilib və bu səbəbdən onların üzərilərində silah
olmayıb.
İlkin versiyaya görə, məhz polis əməkdaşları hücumun əsas məqsədi
olub. Bir neçə gün əvvəl bu ərazidə "Familiya miçoakana"
narkomafiyasının liderlərindən biri həbs olunmuşdu və törədilmiş
basqın ona intiqam xarakteri daşıyıb.