Dostları Toğrul Əhmədovun yanına gediblər-Eksklüziv

24 Mart 2013 12:23 (UTC+04:00)

"Oğlumun vəziyyəti yaxşıdır. Dostu bu gün gedib yanına. Mən də çalışacağam bu gün görüşüm  Toğrulla".

Bu sözləri Movqe.az-a açıqlamasında  Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov söyləyib. Oğlu Toğrul Əhmədovun səhhətində ciddi narahatçılığın olmadığını söyləyən F. Əhmədov hələki həkim ilə görüşmədiyini də bildirdi. F. Əhmədov oğlu ilə bağlı Gülər Əhmədovaya da vəkili vasitəsilə məlumat veriləcəyini söylədi.