ATƏT təmas xəttində növbəti monitorinqini keçirəcək

25 Mart 2013 10:44 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.


Movqe.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər.