BDU-da tələbə infakrt keçirdi (yeniləndi)

27 Aprel 2012 14:48 (UTC+04:00)

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təcili yardım problemi yaşandı.

Qeyd edək ki, Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, dərs zamanı mikro infakt keçirdi.

Müəllimlər tərəfindən universitetin tibb yardımı məntəqəsinə müraciət olunsada, onlar heç bir şey edə bilməyəcəklərini bildirdilər.

Səbəbi isə, tibb bacısı adlanan şəxs bu cür izah etdi: "Bizim belə xəstəliklərdən başımız çıxmır".

Qeyd edək ki, təcili tibbi yardıma müraciət olunsada, o hadisədən 40 dəqiqə sonra gəldi. Hal-hazırda, mikro infakt keçirən tələbənin vəziyyəti yaxşıdır. Lakin bunda müəllimlərə və tələbələrə təşəkkür etmək lazımdır. Bəlkədə tələbələrin müdaxiləsi olmasaydı, BDU bir tələbəsini itirə bilərdi.

"BDU-da tələbə infakrt keçirdi" (yeniləndi)

Bu haqda Movqe.Az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında kardioloq kimi çalışan, Turxan Yusifov məlumat verdi: "Əslində Təcili yardım hadisə barədə məlumat aldıqdan dərhal sonra, hadisə yerində olmalıdır. Lakin bu gün şəhərdə olan tıxaclar Təcili Tibbi Yardım üçündə müəyyən problemlər yaradır. Adətən Təcili Yardım hadisədən 20 dəqiqə sonra özünü hadisə yerinə çatdırmalıdır. Əks halda xəstəni itirə bilər. Bu gün bu mövzu biraz mürəkkəb məsələdir. Çünki Təcili Yardımda özünə görə, problemlərlə üzləşə bilər. Bəlkə xəstə elə bir yerdədir ki, ora getmək bir saat vaxt tələb edir".

Hüquqşünas Elçin Namazov isə verdiyi açıqlamada, Təcili Tibbi Yardım vaxtında gəlmədiyindən, məhkəməyə verilə biləcəyini açıqladı.

"Əgər Təcili Tibbi Yardım, artıq xəstənin ağırlaşdığı vaxt və yaxud xəstə həyatla vidalaşdığından sonra gəlirsə, bu halda o məhkəməyə verilə bilər.

Bu tələbənin misalında, valideyinlərin Təcili Tibbi Yardımı və Universitetinin Tibb məntəqəsini məhkəməyə verməyə hüquqları çatır. Çünki Təcili Tibbi Yardım hadisədən 40 dəqiqə sonra gəlib. Universitetin Tibb məntqəsi isə ilkin müdaxilə etməyim. Əslində bu haqda cinayət işidə qaldırıla bilər.

Lakin unutmamaq lazımdır ki, ilk öncə əgər Təcili Tibbi Yardım hadisə yerinə gələn müddətdə, xəstə həyatla vidalaşarsa, ilkin ekspertiza aparılmalıdır. Xəstə Tibbi Yardımın gec gəldiyindən ölərsə, bu zaman onlar barədə məhkəmə işi qaldırılır", - Elçin Namazov dedi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasının Maddə 41. "Sağlamlığın qorunması hüququ"nda qeyd olunmuşdur:  Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq huququ vardır.

Universitetdə çalışan müəllimlərin və tələbələrin sözlərinə görə, bu artıq nə ilk nədə sonuncu hadisədir. Bu hallar olduqca çoxdur. Təcili Tibbi Yardım isə, müəllimlərin müdaxiləsindən sonra hadisə yerinə yetişir. O ki qaldı, universitetin tibb məntəqəsinə... Bu məntəqənin adı olsada, kadr çatışmazlığı problemi yaşanılır.

Türkan Nadirqızı

Movqe.Az