Bieber hava limanında çətin anlar yaşayıb

27 Mart 2013 16:19 (UTC+04:00)

İki ay sonra İstanbulda da konsert verəcək olan Castin Bieberin şöhrəti ona hava limanında kömək etməyib. Movqe.az-ın məlumatına görə, Polşanın Lodz şəhərində verdiyi konsertdən sonra ölkədən ayrılmaq üzrə "Wladyslaw Reymont" hava limanına gedən Bieberin "x-ray" cihazından keçişi əsnasında alt paltara qədər soyundurub yoxlayıblar. Alt paltarları ilə "x-ray" cihazından keçən Bieber, çətin anlar yaşayıb və mühafizəçiləri də bu hadisənin çəkilməsinə maneə törətməyə çalışıblar. Xatırladaq ki, əvvəllər də narkotik istifadə etdiyi məlum olan Bieber pərəstişkarlarından üzr istəmişdi.